Azərbaycan Prezidenti İlham Əliyev Mədət Quliyevin hərbi rütbəsinin artırılması ilə bağlı sərəncam imzalayıb.
“Qafqazinfo”nun məlumatına görə, sərəncamda deyilir:
“Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin birinci müavini Mədət Qəzənfər oğlu Quliyevə general-leytenant ali hərbi rütbəsi verilsin”.
Xatırladaq ki, dünən Prezident Mədət Quliyevin Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin birinci müavini vəzifəsinə təyinatı ilə bağlı sərəncam imzalamışdı.
Son xəbərlər
Son Xəbərlər