Prezidentin dinlədiyi mahnı “iTunes”də birinci oldu - Foto

prezidentin-dinlediyi-mahni-itunesde-birinci-oldu
Oxunma sayı: 2715

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Zəngilan səfəri zamanı radioda dinlədikləri “Ey Vətən” mahnısı “iTunes”un Azərbaycan seqmentində birinci pilləyə yüksəlib.

“Qafqazinfo” xəbər verir ki, "Ey Vətən" bir çox dünya ulduzları, həmçinin yerli ifaçıların mahnılarını geridə qoyub. 

Qeyd edək ki, mahnının musiqisi Azərbaycan və Dağıstanın Xalq artisti Elza İbrahimovaya, sözləri isə şair Dəmir Gədəbəyliyə məxsusdur. "Ey Vətən"i müğənni İlhamə Qasımova ifa edir. 

Həmçinin oxuyun: Prezidentlə xanımı hansı radionu dinləyirdi?