Prezidentin “Etiraz etdi, sonra qaçdı” dediyi məmur Rəsul Quliyevdir...

prezidentin-etiraz-etdi-sonra-qacdi-dediyi-memur-resul-quliyevdir
Oxunma sayı: 8763

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev bu gün Bakı Dərin Özüllər Zavodunda “Şahdəniz-2” layihəsinin hasilat və dikborular platformasının dayaq blokunun dənizə yola salınması mərasimində çıxış edib.

"Qafqazinfo"nun məlumatına görə, ölkə başçısı ad çəkmədən o vaxtkı yüksək vəzifəli şəxslərdən birinin bu layihənin imzalanmasının əleyhinə çıxdığını deyib. İ.Əliyev bildirib ki, həmin şəxs bunu ölkənin inkişaf etməməsini və özünün daha yüksək vəzifəyə qalxmasını istədiyi üçün edib.

Qafqazinfo” isə bu məqamda qeyd edir, həmin şəxs o zaman Milli Məclisin spikeri olan Rəsul Quliyevdir. Sonralar mərhum prezident Heydər Əliyev çıxışlarının birində Rəsul Quliyevin müqavilənin imzalanmasının əleyhinə çıxdığını açıqlamışdı.

Prezident İlham Əliyevin sözügedən çıxışını bir daha təqdim edirik: