Prezidentin xüsusi nümayəndəliyinin əməkdaşları qəzaya düşdü - Ölən var

prezidentin-xususi-numayendeliyinin-emekdaslari-qezaya-dusdu
Oxunma sayı: 13513

Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları qəzaya düşüb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Ağdam-Füzuli yolunda baş verib.

Belə ki, Məmmədova Svetlana və Fərzəliyev Rafet xidməti vəzifələrini yerinə yetirərkən Ağdam-Füzuli yolunda avtomobil qəzasına uğrayıblar. 

Məmmədova Svetlana hadisə yerində dünyasını dəyişib, Fərzəliyev Rafət isə xəsarət alıb və xəstəxanaya yerləşdirilib.