Prezidentin yüksək vəzifə verdiyi Vahid Hacıyev kimdir? - Foto

prezidentin-yuksek-vezife-verdiyi-vahid-haciyev-kimdir
Oxunma sayı: 31702

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla bu vəzifə Vahid Rasim oğlu Hacıyevə həvalə olunub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Vahid Hacıyev bu təyinatadək “Agro Dairy” şirkətinin idarə heyətinin sədri vəzifəsini tutub.

Xəbəri rus dilində oxuyun: Кто такой Вахид Гаджиев, назначенный президентом? - Досье

Sözügedən şirkətə 2 il rəhbərlik edən V. Hacıyev, həmçinin törəmə şirkət olan “Agro Dairy Operation” MMC-nin rəhbəri olub.

O, daha əvvəl neft sektorunda fəaliyyət göstərib. Belə ki, Vahid Hacıyev 13 il “BP Azerbaijan”də müxtəlif yüksək vəzifələrdə çalışıb. Onun bu şirkətdə sonuncu vəzifəsi şirkətin Ticarət Əməliyyatları Kəşfiyyatı üzrə biznes meneceri, daha əvvəl isə aparat rəhbəri postu olub.

Qeyd edək ki, Vahid Hacıyevin anası Lalə Hacıyeva (Mirzəyeva) Bakı Dövlət Universitetində çalışır, filologiya elmləri namizədidir. Lalə Hacıyeva mərhum jurnalist Osman Mirzəyevin qızıdır. O, vaxtilə “Lalə Mirzəyeva” imzası ilə BBC radiosunun Azərbaycan xidmətinin əməkdaşı olub. 

Nizam Rza

Həmçinin oxuyun: “Sənin əhatəndə normal adamlar yoxdur” cümləsinə görə qonşunu bıçaqladı - 7 il həbs verildi