Azərbaycan prezidenti İlham Əliyev Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib.
"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, prezident İlham Əliyev Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyub. Dövlət başçısı görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın, dövlət xadimi Əziz Əliyev və professor Tamerlan Əliyevin məzarlarının üstünə də gül dəstələri qoyub.
Heydər Əliyevin məzarının ziyarət edilməsi mərasimində prezidentin ailə üzvləri, dövlət və hökumət rəsmiləri, Milli Məclis üzvləri iştirak ediblər.
Bu gün Heydər Əliyevin vəfatından 11 il ötür. O, 2003-cü il dekabrın 12-də dünyasını dəyişib.
***
AzərTac-ın yaydığı məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Fəxri xiyabana gələrək, ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etdilər.
Milli Məclisin deputatları, nazirlər, komitə, şirkət və idarələrin rəhbərləri, respublika ictimaiyyətinin nümayəndələri də Fəxri xiyabana gediblər.
Azərbaycanın dövlət himni səslənib.
Ümummilli lider Heydər Əliyevin məzarının ziyarət edilməsi mərasimində Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov və digər rəsmi şəxslər iştirak ediblər.
Son xəbərlər
Son Xəbərlər