Prezidentlə xanımı Qənirə Paşayevanın dəfninə əklil göndərdi - Foto

prezidentle-xanimi-qenire-pasayevanin-defnine-eklil-gonderdi
Oxunma sayı: 7004

Xəbər verdiyimiz kimi, millət vəkili Qənirə Paşayeva İkinci Fəxri xiyabanda dəfn edilib.

“Qafqazinfo”nun məlumatına görə, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva dəfn mərasiminə əklil göndəriblər.

Qeyd edək ki, millət vəkili səhhətində yaranmış ciddi problemlərlə əlaqədar sentyabrın 23-dən Mərkəzi Klinikanın reanimasiya şöbəsinə yerləşdirilmişdi. Naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulan Qənirə Paşayevanın səhhətindəki kritik durumla əlaqədar Mərkəzi Klinikanın həkim personalı və Türkiyədən cəlb edilmiş həkim mütəxəssislər tərəfindən görülmüş bütün zəruri tədbirlərə baxmayaraq, millət vəkilinin həyatını xilas etmək mümkün olmayıb.