Rusiyanın “Vaqner” özəl şirkətinin təsisçisi Yevgeni Priqojin muzdlula döyüşçülərin Belarus ərazisinə gəldiyini açıqlayıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Priqojin muzdlulaların qarşısında çıxış edib.
Priqojin döyüşçüləri Belarusa gəlişləri münasibətilə təbrik ünvanlayıb:
“Biz şərəflə döyüşdük, siz Rusiya üçün çox şey etdiniz. Qərara alındı ki, özümüzü tam sübut edə biləcəyimiz anı gözləmək üçün bir müddət Belarusda olaq”, - deyə o bildirib.
Son xəbərlər
Son Xəbərlər