Problemli kreditlərin məbləği açıqlandı

problemli-kreditlerin-meblegi-aciqlandi
Oxunma sayı: 2607

Bu il sentyabrın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 534,3 milyon manat təşkil edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının statistik məlumatlarında bildirilib.

Qeyd edilən rəqəm avqustun 1-i ilə müqayisədə 8 % çoxdur.

Bununla belə, ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 10 %, son 1 ildə isə 19 % azalıb.