Prokuror səfirliyin pulunu qumara qoyan atteşeyə cəza istədi

prokuror-sefirliyin-pulunu-qumara-qoyan-atteseye-ceza-istedi
Oxunma sayı: 2391

Azərbaycanın Koreyadakı Səfirliyində maliyyə məsələləri üzrə attaşe işləmiş Nəcib Osmanovun cinayət işi üzrə məhkəmə istintaqı tamamlanıb.

“Qafqazinfo” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda prokuror ittiham nitqi ilə çıxış edib.

Prokuror Nəcib Osmanovun külli miqdarda mənimsəmə və vəzifə saxtakarlığında təqsirli bilinərək 8 il azadlıqdan məhrum edilməsini, məhkəmə iclas zalında dərhal həbs edilməsini tələb edib.

N. Osmanov vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə görə də təqsirləndirilirdi. Prokuror həmin maddə ilə cinayət təqibindən imtina edib. Təqsirləndirilən şəxsin vəkilinə müdafiə çıxışına hazırlaşmaq üçün iyunun 5-ə kimi vaxt verilib.

Qeyd edək ki, Nəcib Osmanov səfirlik və səfirliyin işçilərinin kommunal, sığorta ödənişləri üçün ayrılan 347 min vəsaiti mənimsəyərək, mərc və qumar oyunlarına yönəltməkdə təqsirləndirilir. O, cinayət əməli ilə bağlı Xarici İşlər Nazirliyinə dəymiş ziyanın 77 min dollarını ödəyib. Ona qarşı Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham irəli sürülüb. Nəcib Osmanov həbsdə deyil, onun barəsində istintaq dövrü müddətində həbsə alternativ qətimkan tədbiri seçilib.