Prokurorluq orqanlarında nə qədər qadın çalışır?

prokurorluq-orqanlarinda-ne-qeder-qadin-calisir
Oxunma sayı: 3333

Hazırda prokurorluq orqanlarında 470 qadın əməkdaş fəaliyyət göstərir.

"Qafqazinfo" xəbər verir ki, bunu Baş prokurorunun müavini Heydər Məmmədov "Gender Bərabərliyi Beynəlxalq İnsan Hüquqlarının hissəsi kimi” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

O bildirib ki, həmin əməkdaşların 99-u prokurorluğun əməliyyat işçiləridir: "Onlardan 207-si dövlət qulluqçusu, 127-si müqavilə əsasında və 37-si hərbi qulluqçu qismində fəaliyyət göstərirlər. Ümumilikdə 10 nəfər qadın rəhbər vəzifədə işləyirlər. Həmin xanımlar prokurorluqda gender bərabərliyinin təmin edilməsində öz səylərini əsirgəmir".