PSJ Mbappenin 55 milyonunu ödəməlidir - Qərar verildi

psj-mbappenin-55-milyonunu-odemelidir
Oxunma sayı: 2214

Fransa Peşəkar Futbol Liqasının (LFP) Apellyasiya Komitəsi PSJ-nin, klubun keçmiş hücumçusu Kilian Mbappeyə 55 milyon avro borcunu ödəməyə məcbur olduğuna dair qərar çıxarıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.

Xatırladaq ki, LFP daha əvvəl parislilərə Madrid “Real”ının hazırkı futbolçusuna məbləğin ödənilməsinin vacib olduğunu bildirmişdi.

Lakin klub bu qərardan etiraz etmiş və apellyasiya şikayəti vermişdi. Paris klubunun hücumçuya borclu olduğu məbləğə ödənilməmiş maaşlarla yanaşı, bonuslar da daxildir.

Mbappe mövsümlərarası fasilə zamanı azad agent kimi “Real” keçib.