Puqaçova ilə Qalkinin Rusiyanı tərk etdiyi iddia olunur

puqacova-ile-qalkinin-rusiyani-terk-etdiyi-iddia-olunur
Oxunma sayı: 4163

SSRİ Xalq artisti Alla Puqaçova və şoumen həyət yoldaşı Maksim Qalkinin övladları ilə bərabər Rusiyanı tərk etdikləri iddia olunur.

“Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, ailənin hazırda Latviyanın Yurmala şəhərində olduğu deyilir. Həmin şəhərdə primadonnanın evi var.

Bundan əlavə, həmin ölkədə Alla Puqaçovanın rəfiqəsi, Latviyanın Xalq artisti Layme Vaykule yaşayır.

Puqaçovanın ailəsi ilə bərabər yaxın günlərdə Mayamiyə gedəcəyi də istisna olunmur. Orada onun böyük qızı, müğənni və aktrisa Kristina Orbakayte yaşayır.

Lakin Puqaçova və Qalkin xəbərləri şərh etməyiblər.  

Həmçinin oxuyun: Qalkinə Ukrayna ilə bağlı paylaşımına görə qadağa

Tamaşaçılar Qalkinə etiraz edir, konserti ləğv olundu