Putin 4 saat 18 dəqiqə sualları cavablandırdı

putin-4-saat-18-deqiqe-suallari-cavablandirdi
Oxunma sayı: 1603

Rusiya Prezidenti Vladimir Putin illik böyük mətbuat konfransı yekunlaşıb.

“Qafqazinfo” xəbər verir ki, dövlət başçısının jurnalistlərlə ünsiyyəti 4 saat 18 dəqiqə davam edib.

Prezident ətraf mühit, Donbass və Ukraynadakı vəziyyət, ABŞ Prezidenti Donald Trampın impiçmenti, ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi yeni sanksiyalar, Konstitusiyaya dəyişikliklər, məişət zorakılığı, səhiyyə sistemi və digər sahələrlə bağlı suallara cavab verib.

Qeyd edək ki, bununla da tədbir 2001-ci ildən etibarən ardıcıl olaraq keçirilən 15-ci mətbuat konfransı oldu. Bu il tədbirə rekord sayda media işçisi - 1895 nəfər akkreditə olunub.