Putin bu qanunu təsdiq etdi

putin-bu-qanunu-tesdiq-etdi
Oxunma sayı: 3081

Rusiya Prezidenti Vladimir Putin Qırğızıstan ilə birgə regional hava hücumundan müdafiə sisteminin yaradılması haqqında  qanunu təsdiq edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ölkələrin birgə fəaliyyətlərinin əlaqələndirilməsi Rusiya Hərbi Hava Qüvvələri Komandanlığı tərəfindən həyata keçiriləcək.

Qeyd edək ki, iki ölkə arasında 2022-ci il avqustun 16-da imzalanan müqaviləyə əsasən, Rusiya tərəfinə hava hücumundan müdafiə fəaliyyətlərini həyata keçirməsi üçün Qırğızıstanda müvəqqəti istifadə olunacaq ərazi ayrılacaq.