“Putin əvvəllər sahib olduğu gücü itirdi”

putin-evveller-sahib-oldugu-gucu-itirdi
Oxunma sayı: 2214

“İş ortaqlarının ona inamını itirdiyini düşünürəm. Bu, həm orduya, həm də bir çox başqa şeylərə təsir edir. Putin əvvəllər sahib olduğu gücü itirdi”.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Ukrayna Prezidenti Volodomir Zelenski bu fikirləri Rusiya lideri Vladimir Putin haqqında danışan zaman deyib.

Nizami Rusiya ordusu ilə “Vaqner” qruplaşması arasındakı münasibətə toxunan Zelenski iddia edib ki, həm dövlət, həm də özəl ordular arasında çox ciddi siyasi mübarizə gedir.