Putin İsveçə yeni səfir təyin etdi

putin-isvece-yeni-sefir-teyin-etdi
Oxunma sayı: 1347

Rusiya İsveçə yeni səfir təyin edib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, sözügedən vəzifəyə Sergey Belyayev gətirilib.

O bu postda 2014-cu ildən Rusiyanın Stokholmdakı səfiri olan Viktor Tatarintsevi əvəz edəcək.