Putin zəlzələyə meyilli ərazilərə nəzarət göstərişi verdi

putin-zelzeleye-meyilli-erazilere-nezaret-gosterisi-verdi
Oxunma sayı: 2611

Rusiya Prezidenti Vladimir Putin hökumətə ölkədə zəlzələ təhlükəsi olan əraziləri daim nəzarətdə saxlamağı tapşırıb.

“Qafqazinfo” Rusiya KİV-ə istinadən xəbər verir ki, bu haqda Kreml məlumat yayıb.

Açıqlamada Putinin Rusiya hökumətinə ölkədə baş verən təhlükəli təbiət hadisələrinin araşdırılması üçün tədbirlər hazırlayıb həyata keçirməyi və zəlzələ riski olan bölgələrdə vəziyyəti daim nəzarətdə saxlamağı tapşırdığı bildirilib.

Mövzu ilə bağlı lazımi hesabatın avqust ayına qədər hazırlanmalı olduğu qeyd olunub.