Rusiya Prezidenti Vladimir Putin hərbi xidmətə çağırış haqqında sərəncam imzalayıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
Bildirilib ki, aprelin 1-dən iyulun 15-dək 147 min nəfər hərbi xidmətə çağırılacaq.
Xatırladaq ki, Rusiyada hərbi xidmət yaşı 18-27 aralığındadır.