Putindən texnologiya nəhənglərinə zərbə - Qanunu təsdiqlədi

putinden-texnologiya-nehenglerine-zerbe
Oxunma sayı: 3215

Rusiya prezidenti Vladimir Putin  elektron avadanlıqlara qabaqcadan rus dilində proqram təminatının yazılmasını nəzərdə tutan  qanunu təsdiqləyib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bununla da rus proqram təminatı olmayan “texniki inkişaf etmiş avadanlıqlar”ın 2020-ci ilin iyulun 1-dən ölkə ərazisində satışına qadağa qoyulub. Həmin məhsulların siyahısını Rusiya hökuməti özü təyin edəcək. Qanun layihəsinin smartfonlara, “smart” funksiyalı kompüter və televizorlara tətbiq olunacağı gözlənilir. Sənədin müəlliflərinin fikrincə, yeni sənəd Rusiyanın biznes maraqlarını müdafiə edir.

Xatırladaq ki, sözügedən qanuna daha əvvəl Apple, Samsung ve Huawei kimi texnologiya nəhəngləri qarşı çıxmışdı.