“Putinlə bağlı məhkəmə qərarı ədalətlidir” - Ukraynanın Baş naziri

putinle-bagli-mehkeme-qerari-edaletlidir
Oxunma sayı: 1590

“Beynəlxalq Cinayət Məhkəməsinin Putinlə bağlı qərarı ədalətə doğru mühüm addımdır”.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ukraynanın Baş naziri Denis Şmiqal bildirib.

Şmiqal Putinə və Rusiyanın Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Lvova-Belovaya qarşı Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin order verməsinə münasibət bildirib:

“Putin bu və digər təcavüz cinayətlərinə görə məsuliyyət daşıyır. Terrorçu dövlətin başçısı məhkəmə qarşısına çıxmalı və Ukraynaya qarşı törədilmiş bütün cinayətlərə görə cavab verməlidir”.