Qadına qarşı soyğunçuluq edənlər saxlanıldı

qadina-qarsi-soygunculuq-edenler-saxlanildi
Oxunma sayı: 2000

Mayın 12-də Samux rayon sakini M. Mehbalıyeva polisə müraciət edərək 4 nəfər tanımadığı maskalı şəxsin evinə qanunsuz olaraq daxil olduğunu və ondan pul, qızıl-zinət əşyaları tələb etdiklərini, lakin evdə olan qızı və nəvəsini gördükdən sonra bir ədəd mobil telefonu götürərək getdiklərini bildirib.

DİN-in Mətbuat Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən Samux rayon sakinləri Elvin Məmmədov, Tural Süleymanov, Əli Mehdizadə və Tural Qədimov tutularaq istintaqa təqdim olunublar. Saxlanılan şəxslər ifadələrində törətdikləri cinayət hadisəsini etiraf ediblər. 

Qeyd edək ki, dəstə üzvlərindən E. Məmmədov və T. Süleymanov digər 2 nəfərlə birlikdə Göygöl rayonunda oğurluq hadisəsi törətməkdə də şübhəli bilinirlər.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir. Hazırda dəstə üzvlərinin digər analoji cinayətlərdə iştiraklarının olub-olmaması istintaq yolu ilə araşdırlır.