Qalmaqallı Banu “O səs Türkiyə”də - Video

qalmaqalli-banu-o-ses-turkiyede-
Oxunma sayı: 7075

Azərbaycanlı model Banu Şücai “O səs Türkiyə” yarışmasına qatılıb.

Qafqazinfo”nun məlumatına görə, Banu səhnəyə çıxaraq “Torn” musiqi parçasını səsləndirib.

Modelin çıxışı yalnız münsiflərdən Hadisə və Murad Bozu özünə döndərə bilib. Banu isə Hadisəni seçmək istədiyini bildirib.

Qeyd edək ki, Banu “Səs Azərbaycan” musiqi yarışmasında iştirak etmişdi.

Həmçinin “Miss Globe International” Beynəlxalq gözəllik müsabiqəsinin milli seçim turlarının qalibi olmuşdu. Daha sonra Banu Şücai müsabiqədən kənarlaşdırılmışdı.

Təşkilatçılar isə bildirmişdilər ki, Banu əvvəl “Miss Globe International” gözəllik müsabiqəsinin təşkilatçısı olan "Merac Production" şirkəti və Nigar Məmmədova tərəfindən seçilib. Ona görə o bu müsabiqədə iştirak edə bilməz.

Elvin