Qanunsuz silah saxlayan qohumlar tutuldu

qanunsuz-silah-saxlayan-qohumlar-tutuldu
Oxunma sayı: 958

Daşkəsəndə qanunsuz silah saxlayan şəxslər məsuliyyətə cəlb olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Çovdar kənd sakini Nəsib Musayevdən “Escort” markalı, tək lüləli 12 kalibrli, həmkəndlisi və qohumu Əfqan Musayevdən “İJ” markalı tək lüləli, 12 kalibrli və digər həmkəndlisi və qohumundan “İJ” markalı tək lüləli, 16 kalibrli müvafiq sənədləri olmayan tüfəng aşkar edərək götürüb.

Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 590-cı maddəsi (Mülki silahın və ya döyüş sursatının saxlanılması, daşınması və ya satılması qaydalarının pozulması) ilə protokol tərtib edilərək, Daşkəsən Rayon Məhkəməsinə göndərilib.