Qapıçıya qartopu atdılar, matç dayandırıldı - Video

qapiciya-qartopu-atdilar-matc-dayandirildi
Oxunma sayı: 2499

Konfrans Liqasının qrup mərhələsinin 5-ci turunda baş tutan “Helsinki” (Finlandiya) – “Aberdin” (Şotlandiya) matçında maraqlı anlar yaşanıb.

“Qafqazinfo” xəbər verir ki, qonaqların azarkeşləri matçın gedişində rəqib qapıçıya qartopu atmağa başlayıb.

Nəticədə “Helsinki”nin qapıçısı Niki Myenpya hakimə şikayət edib. Referi matçı yarımçıq saxlayıb və şotlandlara bildirib ki, azarkeşlər qartopu atmağı dayandırmayana qədər oyun davam etdirilməyəcək.

Daha sonra isə fanatlar Nikiyə qartopu atmağı dayandırıblar.