Qar yağacaq, yollar buz bağlayacaq

qar-yagacaq-yollar-buz-baglayacaq
Oxunma sayı: 34172

Yanvarın 17-nə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gün ərzində güclü şimal-qərb küləyi əsəcək, axşam zəifləyəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 7-10° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı, qar yağacağı gözlənilir. Arabir duman olacaq. Qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6° şaxta, gündüz 7-12° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.

Gecə və səhər dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.