Qar yağıb, 13° şaxta olub - Video

qar-yagib-13-saxta-olub
Oxunma sayı: 4070

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edib, bəzi yerlərdə qar yağıb, gecə və səhər saatlarında Abşeron yarımadasının bəzi yerlərində yağış sulu qara keçib.

Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, güclü şimal-qərb küləyi səhər saatlarından 8-13 m/s-dək zəifləyib.

Qar örtüyünün hündürlüyü: Şahdağda 16 sm, Daşkəsəndə 15 sm, Şəkidə 14 sm, Əlibəydə (Zaqatala) 13 sm, Ordubadda 11 sm, Sarıbaş (Qax), Gədəbəydə 10 sm, Qrızda 8 sm, Yardımlıda 7 sm, Xaltan, Şamaxı, Lerikdə 4 sm, Göygöl, İsmayıllı, Quba, Qusarda 3 sm, Altıağac, Qobustan, Şahbuzda 2 sm, Qəbələdə 1 sm olub.

Havanın minimal temperaturu: Bakıda və Abşeron yarımadasında 3 dərəcəyədək isti, Naxçıvan MR-da 0-5 şaxta, Aran rayonlarında 3 dərəcəyədək isti, dağlıq rayonlarda 8 dərəcəyədək, yüksək dağlıq ərazilərdə 9-13 dərəcə şaxta olub.