Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Bakıda toplandı

qara-deniz-iqtisadi-emekdasliq-teskilati-bakida-toplandi
Oxunma sayı: 654

Sessiyanın ilk günündə qurumun Mədəniyyət, təhsil və sosial məsələlər Komitəsinin 39-cu iclası keçirilib.

İclas komitə sədri azərbaycanlı deputat Jalə Əliyevanın rəhbərliyi ilə keçirilib.

J.Əliyeva iclası əvvəlcə anadolu türkcəsi ilə aparsa da iclasın ortasında qəflətən Azərbaycan dilinə keçib.

O bildirib ki, iclasda QİƏT-ə üzv olan dövlətlərin sosial təminat sistemində islahatların həyata keçirilməsi ilə bağlı məruzə dinləniləcək, müzakirələr aparılacaq, Baş Assambleyaya məruzəçi təyin olunacaq. Sonra “QİƏT-ə üzv olan dövlətlərin sosial təminat sistemində islahatlar” mövzusunda Ukraynanın QDİƏT PM-də sədr müavini, Lilia Qriqoryeviç tərəfindən məruzə dinlənilib, müzakirələr aparılıb. Məruzədə qeyd olunub ki, dünyada baş verən qlobal maliyyə böhranı bir sıra ölkələrdə işsizlik problemi yaranıb, yoxsulluğun səviyyəsi artıb, lakin QİƏT-ə üzv ölkələrin bəzilərində, o cümlədən Azərbaycanda sosal təminat sahəsində həyata keçirilən islahatlar nəticəsində əhalinin aztəminatlı təbəqəsinin həyat səviyyəsi yaxşılaşıb, yoxsulluğun səviyyəsi xeyli aşağı düşüb. QİƏT PM-in vitse-prezidenti Asəf Hacıyev iclas iştirakçılarını salamlayaraq bu iclasın böyük əhəmiyyət kəsb etdiyi qeyd edib. Gün ərzində QDİƏTPM PA-nın Hüquq və siyasi komitəsinin əlavə iclası, Assambleya Bürosunun 47-ci iclası, “3-cü Bakı Qara dəniz Tcarət və Sərmayə Forumu- 2012”və Daimi Komitənin 40-cı iclası keçiriləcək. Sessiya noyabrın 28-ə qədər davam edəcək.

Aslan