Azərbaycan Premyer Liqasının 23-cü turunda “Qarabağ” səfərdə “Neftçi”nin qonağı olub.
“Qafqazinfo” xəbər verir ki, matçın 22-ci dəqiqəsindən azlıqda qalan Qurban Qurbanovun komandası bu oyunda 1:0 hesablı qələbə qazanıb.
Yeganə qolu matçın 87-ci dəqiqəsində penaltidən Marko Yankoviç vurub.