“Qarabağ” məşqlərə başladı - Fotolar

qarabag-mesqlere-basladi
Oxunma sayı: 1346

“Qarabağ” bu gündən etibarən məşqləri bərpa edib.
 
"Qafqazinfo" xəbər verir ki, klubun bazasında olan məşq 17:30-da start götürüb və təxminən 1 saat davam edib. Futbolçular isinmə hərəkətlərinin ardından fiziki tapşırıqları yerinə yetirib.
 
Qeyd edək ki, Operativ Qərargahın bütün tövsiyyələrinə əməl edilib, futbolçular və məşqçilər heyətinin hərarətləri yoxlanıldıqdan sonra məşq prosesinə icazə verilib.