“Qarabağ” “Qəbələ”ylə heç-heçə etdi - Yenilənib

qarabag-qebeleyle-hec-hece-etdi
Oxunma sayı: 2166

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 12-ci tura yekun vurulacaq.

“Qafqazinfo” xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutacaq.

Turun qapanış matçında lider “Qarabağ” səfərdə əsas izləyicisi “Qəbələ” ilə qarşılaşacaq.

Xatırladaq ki, turun digər oyunlarında “Sabah” “Keşlə”yə (2:1), “Neftçi” “Səbail”ə (1:0), “Zirə” isə “Sumqayıt”a (3:0) qalib gəlib.

Azərbaycan Premyer Liqası
12-ci tur

29 noyabr
“Qəbələ” – “Qarabağ”
Hakimlər: Kamranbəy Rəhimov, Zöhrab Abbasov, Vüqar Bayramov, Namiq Bəkirov.
Qəbələ şəhər stadionu, 16:00.

***

Turun son oyunu Qəbələdə eyniadlı komanda ilə "Qarabağ" arasında baş tutub. Mərkəzi qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb.