“Qarabağ” Rumıniya komandası ilə heç-heçə etdi

qarabag-ruminiya-komandasi-ile-hec-hece-etdi
Oxunma sayı: 1368

Avstriyada təlim-məşq toplanışında olan Ağdamın "Qarabağ" futbol klubu sonuncu yoxlama oyununu keçirib.

"Qafqazinfo" xəbər verir ki, Azərbaycan çempionu günün ikinci matçında Rumıniyanın "Universitatya Krayova" komandası ilə qarşılaşıb. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Ağdam təmsilçisinin heyətində Filip Ozobiç fərqlənib.

Qeyd edək ki, "Qarabağ" günün ilk matçında Almaniyanın "Holştayn Kiel" komandası ilə görüşdə də heç-heçə edib - 2:2.