“Qarabağ” “Səbail”ə qarşı

qarabag-sebaile-qarsi
Oxunma sayı: 934

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 23-cü tura start veriləcək.

“Qafqazinfo” xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

Turun açılış matçında “Səbail” lider “Qarabağ”ı qəbul edəcək. Ağdam klubu zirvədəki mövqeyini qorumaq üçün səfərdən qələbə ilə qayıtmağa çalışacaq.

İlk oyun gününün digər matçı “Sumqayıt”la “Qəbələ” arasında baş tutacaq.

Tura sabah keçiriləcək “Neftçi” – “Zirə” və “Keşlə” – “Sabah” oyunları ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası

23-cü tur

16 aprel

“Səbail” – “Qarabağ”

Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Rövşən Rəcəbov.

Bakı. “ASCO Arena”, 18:00.

“Sumqayıt” – “Qəbələ”

Hakimlər: Vüqar Həsənli, Cavanşir Yusifov, Nahid Əliyev, Kamranbəy Rəhimov.

“Sumqayıt Arena”, 20:15.