“Qarabağ” UEFA reytinqində əmsalını artırdı

qarabag-uefa-reytinqinde-emsalini-artirdi
Oxunma sayı: 4114

Qarabağ” komandası UEFA reytinqində Azərbaycanın əmsalını artırıb.

“Qafqazinfo” xəbər verir ki, bu, Ağdam klubunun Çempionlar Liqasının əsas mərhələsinin II turunda evdə Danimarkanın “Kopenhagen” klubunu məğlub etməsi (2:0) ilə mümkün olub.

Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv qələbə sayəsində ölkənin hesabına daha 0.500 əmsal yazdırıb. 

Azərbaycan hazırda 22.000 əmsalla 25-ci pillədə qərarlaşıb. 24-cü yerdə Serbiya (22.375), 26-cı sırada Slovakiyadır (21.375).

Qeyd edək ki, İngiltərə (97.116) UEFA reytinqində birincidir.