“Qarabağ” və “Neftçi” azarkeşlərinin təhqirlərinə görə cərimələndi

qarabag-ve-neftci-azarkeslerinin-tehqirlerine-gore-cerimelendi
Oxunma sayı: 1401

AFFA İntizam Komitəsi Premyer Liqanın XVII turunda keçirilən “Qarabağ” – “Neftçi” oyununda baş verən neqativ hallara hüquqi qiymət verib.

“Qafqazinfo” xəbər verir ki, əzəli rəqiblər cərimələnib.

Buna səbəb onların azarkeşlərinin görüş zamanı rəqibin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsi olub.

Bu hal cari mövsümdə 3-cü dəfə yaşandığından, AFFA hər iki klubu 1000 manat məbləğində cərimələyib.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda “Qarabağ” rəqibinə 2:0 hesabı ilə qalib gəlib.