Qarabağda azərbaycanlıları qətlə yetirən erməni həbs olundu

qarabagda-azerbaycanlilari-qetle-yetiren-ermeni-hebs-olundu
Oxunma sayı: 3368


“Qafqazinfo”nun Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, Q.Artunyan Qarabağda azərbaycanlıların qətlində fəal iştirakçılardan biri olub. Belə ki, erməni qatilin qızı Lilit Arutyunyan “Facebook”  səhifəsində atasının Dağlıq Qarabağda döyüşdüyünü yazaraq onun azad edilməsinin vacibliyini vurğulayıb: “Xahiş edirəm atama lağ etməzdən əvvəl (Qraçi Arutyunyan məhkəməyə qadın xalatında gətirilib) arxivə baxın. Siz orada 90-cı illərdə Qarabağda könüllü şəkildə vuruşmağa gedən və sizin kimi qalındərili insanların dincliyini qoruyan Qraçi Arutyunyanın keçmişi haqqında məlumatlar tapacaqsınız”.

L.Arutyunyan eyni zamanda, erməni prezident Serj Sarkisyana da səslənib: “Cənab prezident, sənin qarşında hakimiyyət tərəfindən təhqirlərə məruz qalan, səni əllərinin içində saxlayan biri- millətin müdafiəçisi dayanıb. Bu, biabırçılıqdır, sənin üzündür!”.

Xatırladaq ki, iyulun 13-də Podolsk şəhəri yaxınlığında baş vermiş yol qəzasında Qraçinin idarə etdiyi “KamAZ”ın avtobusla toqquşması nəticəsində o, iki hissəyə ayrılıb. Qəza nəticəsində biri körpə olmaqla 18 nəfər həlak olub. Təxminən 60 nəfər yaralanıb.