Qarabağda işləyən əcnəbilərlə bağlı - Qərar

qarabagda-isleyen-ecnebilerle-bagli
Oxunma sayı: 3638

Nazirlər Kabineti Ermənistanın işğalından azad edilən ərazilərdə işləyən əcnəbilərlə bağlı miqrasiya kvotasını aradan qaldırıb.

“Qafqazinfo” xəbər verir ki, Nazirlər Kabinetinin “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası”nda etdiyi dəyişikliyə əsasən, Azərbaycanda əmək miqrasiyası kvotası Qarabağda işləyən əcnəbilər nəzərə alınmadan müəyyən ediləcək.

Bu kvota ölkə ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları nəzərdə tutulan əcnəbilərin sayının son həddidır.

Bu qərar 2023-cü il yanvarın 1-dən tətbiq edilir və 2028-ci il yanvarın 1-nə qədər qüvvədədir.