Qarabağdakı sülhməramlıların yeni komandanı rəsmən açıqlandı

qarabagdaki-sulhmeramlilarin-yeni-komandani-resmen-aciqlandi
Oxunma sayı: 4785

General-mayor Kirill Kulakovun Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilən rusiyalı sülhməramlıların yeni komandanı təyin edildiyi rəsmən açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi  məlumat yayıb.

O, bu postda general-polkovnik Aleksandr Lentsovu əvəz edib. 

Qeyd edək ki, 54 yaşlı Kulakov 2017-ci ilin martından Kazan Ali Hərbi Komandanlıq Məktəbinin komandiri olub. A.Lentsov isə cari ilin aprel ayında bu vəzifəyə təyin olunmuşdu. Ondan əvvəl isə sülhməramlıların komandanı Andrey Volkov idi.