“Qarabağ”dan həmin pankarta - Reaksiya

qarabagdan-hemin-pankarta
Oxunma sayı: 7818

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Premyer Liqasının 25-ci turunda “Qarabağ” “Neftçi”yə 4:1 hesabı ilə qalib gəlib.

“Qafqazinfo” xəbər verir ki, “Neftçi” azarkeşləri oyunun gedişində rəqib komandanı qıcıqlandıracaq pankart hazırlayıblar.

Belə ki, onlar, - “Əziz Bakılılar və Şəhərimizin Qonaqları”, - sözləri yazılmış xareoqrafiya açıblar.

Buna cavab olaraq matçdan sonra “Qarabağ” həmin pankart əsasında video hazırlayaraq instaqram səhifəsində paylaşıblar.

Həmin videonu təqdim edirik: