“Qarabağdan Suriyaya qədər hər yerdə məzlumun əlindən tuturuq”

“Qarabağdan Suriyaya qədər hər yerdə məzlumun əlindən tuturuq”
Oxunma sayı:

“Biz İslamın namusu, göz bəbəyi olan Qüdsün haqqını müdafiə etmək məcburiyyətindəyik. Türkiyə olaraq Fələstindən Liviyaya, Dağlıq Qarabağdan Suriyaya qədər islam coğrafiyasının fərqli yerlərində olan problemlərə də bu cür baxırıq. Zalımlar qarşısında dik, sağlam dayanır, məzlumun kimliyindən asılı olmayaraq əlindən tuturuq”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Amerika Müsəlman Cəmiyyətinə müraciətində deyib.

O, hazırda “islam düşmənçiliyi” virusu ilə mübarizə apardıqlarını qeyd edib:

“Terror təşkilatları ilə amansız mübarizə apararkən müqəddəs şəxslərimizə qarşı edilən hörmətsizlik qarşısında reaksiyamızı göstərməkdən çəkinmirik. Əsrlərdir fərqli mədəniyyət və inanclara ev sahibliyi edən bir ölkə olaraq etnik qarşıdurmaların qarşısını almaq üçün addımlar atırıq. Xüsusilə dini azadlıq mövzusunda bütün insanlığa örnək olacaq bərabər, ədalətli bir siyasət izləməyə çalışırıq. Kiminsə inancına, həyat tərzinə müdaxilə etmədiyimiz kimi ölkəmdə yaşayan vətəndaşlarımızın ibadət hürriyətini qarantiyə alırıq. 86 il boyu muzey olaraq istifadə olunan “Ayasofya” məscidi əsl kimliyinə qovuşdu, 1600 illik keçmişi ilə ölkəmizin simvollarından olan Sümela monastrını da bərpa edirik”.