Qaradağda bayram ərəfəsində şəhid ailələri ziyarət olundu - Fotolar

qaradagda-bayram-erefesinde-sehid-aileleri-ziyaret-olundu
Oxunma sayı: 1443

Bu gün Qaradağ rayon icra hakimiyyətinin tədbirlər planına əsasən Novruz Bayramı ərəfəsində rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılov və icra hakimiyyətinin məsul vəzifəli şəxsləri tərəfindən rayonun şəhid ailələri və Vətən müharibəsi qaziləri ziyarət olunub.

“Qafqazinfo” xəbər verir ki, görüşdə Novruz Bayramı münasibəti ilə onlara bayram sovqatı təqdim olunub.  

Şəhid ailələri, qazilər göstərilən diqqət və qayğıya görə ölkə başçısı Ali Baş Komandan cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini bildirib.