Bu gün Qaradağ rayonunda 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə “Dəniz Palace” restoranında bayram tədbiri keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, şəhid ailələri və qazilər, rayon icra hakimiyyəti aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, rayonun idarə, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edib.
Süleyman Mikayılov iştirakçıları və onların simasında Qaradağ rayonunun bütün sakinlərini 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə səmimi qəlbdən təbrik edib: “31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü – dünyada yaşayan azərbaycanlıların birlik günüdür. Bu günün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq ənənə halını alıb”.
1991-ci ilin 16 dekabrında Ulu Öndərimiz Heydər Əliyev Naxçıvan Muxtar Respublikasında azərbaycanlıların birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edib. Azərbaycanlılar bu gün ilə fəxr edir və onu qürurla qeyd edirlər. 2025-ci ilin ölkəmiz üçün əhəmiyyətli və yaddaqalan ildir. Cənab Prezidentin Sərəncamı ilə 2025-ci il “Konstitusiya və Suverenlik İli” kimi elan olunub” .
“Konstitusiya və Suverenlik İli” çərçivəsində ölkəmizdə Konstitusiya müddəaları və suverenliyimizin tam bərpa olunmasında ölkə rəhbərimizin apardığı uğurlu siyasət ictimaiyyətə geniş şərh olunub.
İcra başçısı çıxışını davam etdirərək ölkəmizin böyük sürətlə inkişaf etdiyini bildirib.
O, regionlarda geniş vüsət alan sosial-iqtisadi inkişaf, aparılan quruculuq və abadlıq işləri Qaradağ rayonunda da yüksələn templə davam etdiyinə diqqət yetirib. Rayonumuzda yenidən qurulan yollar, qəsəbələrin abadlaşdırılması hər bir sakinimizin rahat yaşaması üçün görülən işlərdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan olundu. Əminik ki, 2026-cı il xalqımız və dövlətimiz üçün daha da uğurlu il olacaq.
Daha sonra Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov tərəfindən rayonun ictimai-siyasi həyatında öz fəallığı ilə fərqlənən 40 nəfərə fəxri fərman və dəyərli hədiyyələr təqdim edilib.
Çıxışlar və təltiflər bitdikdən sonra rəngarəng həzin melodiyalar təqdim olunub.
Son xəbərlər
Son Xəbərlər