Qardaşını öldürən şəxsə hökm oxundu- - 10 il+Fotolar

qardasini-olduren-sexse-hokm-oxundu-
Oxunma sayı: 2400


“Qafqazinfo” xəbər verir ki, 2014-cü il yanvarın 15-i səhər saat 9 radələrində Nərimanov rayonu, Ş.Mustafayev küçəsi, 34 ünvanda Zahir Əsədov dəmir parçası ilə qardaşı Vahid Əsədovun (1961-ci il təv.) baş nahiyyəsinə dəmir parçası ilə zərbələr vuraraq, onu qəsdən öldürüb. Daha sonra isə Nərimanov RPİ 18-co polis bölməsinə gedərək, təslim olub. 

Araşdırma zamanı məlum olub ki, qardaşlar həmin ünvanda şərikli ət dükanı işlədiblər, mübahisə də bu zəmində baş verib. Vahid Zahirin sifət nahiyyəsinə sillə vurduğdan sonra, sonuncu onu qətlə yetirmək məqsədi ilə, ət kəsimi üçün nəzərdə tutulmuş yerdən armatur götürərək, qardaşına yaxınlaşıb və baş nahiyyəsinə ardıcıl zərbələr endirib. 

Məhkəmənin hökmü ilə Z.Əsədov 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Ceyhun