Qaxda avtomobil təmiri sexlərində yanğın olub.
“Qafqazinfo”nun məlumatına görə, yanğın şəhərin Xurşidbanu Natəvan küçəsində yerləşən Mirzəyev Fizuli Fərrux oğluna məxsus avtomobil təmiri sexlərində baş verib.
Yanğın yerinə Qax rayon YMH-nin yanğınsöndürən texnikaları cəlb olunub.
Yanğın zamanı ümumi sahəsi 250k/m, 6 sexdən ibarət olan avtomobil təmiri sexlərinin biri tamamilə, biri isə qismən yanıb.
Sexdə olan avtomobil və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
***
Mübariz Muradov