Qaxda qadın iynədən şoka düşərək öldü - Yenilənib - Foto

qaxda-qadin-iyneden-soka-duserek-oldu
Oxunma sayı: 3831

Qax rayonunda evdə iynə vurulan qadın şoka düşərək ölüb.

“Qafqazinfo” Report-a istinadən xəbər verir ki, hadisə ötən gün baş verib.

Belə ki, 1963-cü il təvəllüdlü Tasmalı kənd sakini Şabanova Şəfəq Mürsəl qızı ev şəraitində inyeksiya olunan “Seftriakson” dərmanın əks təsirindən anafilaktik şoka düşərək ölüb.

Faktla bağlı Qax rayon prokurorluğunda araşdırma aparılır.

***

Şəfəq Şabanova Qax rayonu, Tasmalı kənd məktəbində Texnologiya və Təsviri İncəsənət müəllimi olub.