“Qaya İnşaat” - dəyərli, rahat yaşayış! - Video

qaya-insaat-deyerli-rahat-yasayis
Oxunma sayı: 1812

“Qaya İnşaat”ın yeni tikilən yaşayış kompleksi Bakı şəhərinin baş planına uyğun olaraq layihələndirilib. 

“Qafqazinfo” xəbər verir ki, tikintisi yekunlaşmaqda olan kompleks müasir üslublu arxitekturaya malikdir.

Kompleks Bakının Xətai rayonunda dəniz mənzərəli ərazidə yerləşir. Yaşayış kompleksinin əlverişli yerləşməsi metronun "Həzi Aslanov" stansiyasına, 8 Noyabr prospektinə rahat çıxış imkanı verir, eyni zamanda şəhər mərkəzinə və Heydər Əliyev adına Beynəlxalq Hava Limanına getməyi asanlaşdırır.

12 mərtəbə və 1 girişli kompleksdə geniş və rahat həyətyanı sahə nəzərdə tutulub. Yaşayış kompleksində dünya standartlarına uyğun rahat və səssiz liftlərdən istifadə olunub. Havalandırma xüsusiyyəti olan fasad örtüyündə kimyəvi qatqısız preslənən daş yunundan istifadə olunub. Bu cür fasad örtüyünün nəm tutmaması və yüksək buxar keçiriciliyi divarların diffuziya müqavimətini artırır və nəfəs almasını təmin edir. Müasir tikinti texnologiyalarından istifadə olunaraq inşa olunan binada keramik fasad örtüyü ilə üzlənmiş divar təbəqəsi binanın arxitekturasına xüsusi görünüş qatır.

Yeraltı mərtəbədə sakinlərin avtomobillərini rahat saxlaması üçün nəzərdə tutulan parkinq sahəsi yerləşir.

Gücləndirilmiş yanğın təhlükəsizlik sistemi, yanğın çıxış pilləkəni, avtomatik yanğın xəbərverici qurğular, yanğın söndürmə və tüstüsovurma sistemi mövcuddur. Binanın hər bir tərəfini 24 saat izləyən müşahidə kameraları var. Həyətyanı sahədə sakinlərin rahatlığını və uşaqların əylənməsini düşünərək istirahət parkı salınıb. Burada uşaqlar üçün atraksion, oyun meydançası və s əyləncə vasitələri yerləşdirilib.

“Qaya İnşaat” Preium Layihə kompleksində yaşayışınız dəyərli, rahat və çox xoş olacaq!

Əlaqə: +994 51 226 90 07
Ünvan: Gəncə Prospekti 2942 A