“Saytlarda mənim haqqımda xoşagəlməz fikirlər səslənir.Sizə bildirmək istəyirəm ki, mənim qayınatamın həyatı mənim üçün bir örnəkdir. Atamı itirdikdən sonra Atama olan məhəbbətim və böyük hörmətim qayınatama yönəldi.Cümşüd müəllim həm qayınatam, həm də dostum və sirdaşım idi.Bu gün mən onun adını çox hörmətlə cəkirəm və istəmərəm ki onun adı hallansın. Birincisi artıq həyatda deyil..Allahın dərgahındadı, ikincisi də şan-şöhrətdən çox uzaq bir adam idi.Onun həyatı mənim üçün bir örnək idisə, ölümü mənim üçün bir məktəb oldu.
Cümşüd müəllimin adını hallanması bizim ailə üçün heç də xoşagələn deyil. Mən öz ailəmə və qaynatama sonsuz hörmət edirəm.Və Ailə həyatımı hər zaman efilərdən uzaq tutmuşam.Bunu anlamayan jurnalistlərə və saytlara isə bir sözüm var. Mən Bakıdayam.Nə sözünüz varsa, anlata bilərəm.Təbii ki cinayət törədənlər hec vaxt mən cinayətkaram demir və belə yollara əl atır. Mən dövlətə və qanunun aliliyinə sığınıram".
Son xəbərlər
Son Xəbərlər