Qazaxıstan bu il də hərbi parad keçirməyəcək

qazaxistan-bu-il-de-herbi-parad-kecirmeyecek
Oxunma sayı: 1598

Qazaxıstanın Müdafiə Nazirliyi bu il Vətənin Müdafiəçisi Günü və Qələbə Günü münasibətilə hərbi parad keçirməyi planlaşdırmır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı nazirliyin Mətbuat xidməti yayıb. 

Bildirilir ki, büdcə vəsaitlərinə qənaət məqsədilə, eləcə də digər məsələlərin həlli zərurətinə görə bu il Qazaxıstanda parad keçirilməsi planlaşdırılmır.

Qeyd edək ki, Qazaxıstanda Vətənin Müdafiəçisi Günü mayın 7-də, Qələbə Günü isə mayın 9-da qeyd olunur. Ölkə 2022 və 2023-cü illərdə də büdcə vəsaitlərinə qənaət səbəbindən hərbi parad təşkil etməyib. 2021 və 2020-ci illərdə isə koronavirusla əlaqədar olaraq parad keçirilməyib.