Qazaxıstanın Ulıtau vilayətində “Jomart” mədənində çökmə baş verib.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, nəticədə 7 şaxtaçı dağıntılar altında qalıb.
“Fevralın 17-də “Kazakhmys Corporation” MMC-nin “Jomart” mədənində süxur kütləsinin çökməsi baş verib. Hadisə nəticəsində dağıntılar altında 7 işçi qalıb. Kabel qırıldığı üçün hazırda işçilərlə əlaqə yoxdur”, - məlumatda deyilir.
Hazırda hadisə yerində təcili xilasetmə işlərinin aparıldığı bildirilir.
***
Xilasedicilər Qazaxıstanın Ulitau vilayətində çökmüş mədənin dağıntılarını təmizləyərkən ölmüş 6 şaxtaçının meyitini tapıblar, digərinin axtarışı isə davam edir.
Bu barədə respublikanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
***
Mədənin çökməsi nəticəsində ölən yeddinci mədənçinin meyiti xilasetmə qrupları tərəfindən tapılıb.