“Qafqazinfo” musavat.com-a istinadən xəbər verir ki, bir-birinə yaxın yerləşən evlərdən birinin sökülməsi, digərində isə yaşayışın davam etməsi sakinləri çətin vəziyyətə salır.
Sökülən evlərin dağıntıları “Sovetski”nin dar küçələrini keçilməz edib. Üstəgəl tez-tez qaz, elektrik, su nəqlinin də dayandırılması sakinlərin etirazına səbəb olub. Təhlükəsizlik tədbirləri görülmədiyindən insanlar hər an bir qəza olacağı qorxusu ilə yaşayırlar.
“Sovetski”də hazırki vəziyyəti öyrənmək üçün musavat.com-ın əməkdaşı Bəşir Səfəroğlu küçəsi boyunca evləri ətrafında söküntü gedən və çətin durumda yaşayan sakinlərlə görüşüb.
Sakinlərdən Gülağa Məmmədov deyir ki, hər gün yola tökülən söküntü qalıqlarını təmizləyib, yolu açsalar da, növbəti gün yenə də eyni mənzərə ilə qarşılaşırlar.
Sakinlərin etirazları ilə bağlı daha ətraflı reportajı aşağıdakı videodan izləyin:
Son xəbərlər
Son Xəbərlər